MİRZƏ SAKİTİN HƏBS MÜDDƏTİ DAVAM EDİR

Bu gün (7 aprel) amnistiya aktına əsasən azadlığa buraxılacağı gözlənilən “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakit (Sakit Zahidov) yenə də azadlığa buraxılmadı. M.Sakitin ailəsinin, yaxınlarının və media nümayəndələrinin 10 saylı cəzaçəkmə müəsissəsinin qarşısında saatlarla gözləmələrinə baxmayaraq, gözlənilən xəbər özünü doğrultmadı.

Mirzə Sakitin qızı Zülfiyyə Zahidovanın Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, satirik yazar bu gün axşam saatlarında evə zəng edərək, tezliklə buraxılmayacağını, onun həbs müddətinin bitdikdən sonra (23 iyun) azadlığa çıxacağını deyib. O, həmçinin saxlanıldığı cəza çəkmə müəssisəsinə şübhəli bir nəfərin salındığını deyərək, həmin şəxsin onu müxtəlif təxribatlara sövq etdiyini bildirib.
Xatırladaq ki, Sakit Zahidov (Mirzə Sakit) narkotik maddə ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.2009-cu ilin martın 17-də qüvvəyə minən amnistiya aktına əsasən cəzasının qalan hissəsindən azad edilib.
Previous Post

“DALĞA” GƏNCLƏR HƏRƏKATININ KEÇİRDİYİ TƏDBİR

Next Post

VƏTƏNDAŞ SƏYYARƏ HEYDƏROVANIN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.