EMİN HÜSEYNOVUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Bu gün ( 30 mart) Nəsimi rayon Məhkəməsində İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi, Nəsimi rayon Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı tərəfin nümayəndəsi Emin Hüseynov, onun hüquqlarını müdafiə edən şəxs Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov, cavabdeh tərəfdən isə nümayəndə kimi Nəsimi rayon polis bölməsinin və Nəsimi rayon polis İdarəsinin 22-ci Polis bölməsinin vəkili Məzahir Şahbarov iştirak edirdi.
Proses Məzahir Şahbarovun sualları ilə başladı. Daha sonra iddiaçı tərəfin vəkili  vəsatətlərlə çıxış etdi – Orxan Axundzadənin məhkəməyə çağırılması, əməliyyata rəhbərlik edən şəxsin məhkəməyə gətirilməsi və hadisə yerindəki lent yazılarının göstərilməsi ilə əlaqədar oldu. Vəkilin sonuncu vəsatəti 14 iyun 2008-ci il tarixindəki E.Hüseynovun telefon danışıqlarının mobil operatordan alınması oldu. Ancaq hakim heç bir vəsatəti təmin etmədi.  Qarşı tərəf isə məhkəmədə iddia ərizəsinə etirazını bildirdi. Prosesin müddəti bitdiyindən, prosesdə ifadə verəcək şahidlər dindirilmədi. Hakim Şirinov növbəti prosesi aprelin 10-a saat 10:00-a təyin etdi.
Xatırladaq ki, E Hüseynov iyunun 14-də “Alaturka” restoranında  “Çe Gevara Fanatları Klubu”nun keçirdiyi tədbir dağıdılarkən, habelə 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən E.Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

İDDİAÇI TƏRƏF DƏYMİŞ MƏNƏVİ ZİYANA GÖRƏ 40 MİN AZN İSTƏYİR

Next Post

EMİN HÜSEYNOVUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.