İDDİAÇI TƏRƏF DƏYMİŞ MƏNƏVİ ZİYANA GÖRƏ 40 MİN AZN İSTƏYİR

Bu gün (30 mart) Səbail Rayon Məhkəməsində hakimi Elnur Həsənovun sədrliyi ilə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirlinin və qəzetin şöbə redaktoru Yaşar Ağazadənin Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və 1 saylı İstintaq Təcridxanasına qarşı, həbsdə saxlanma şəraitinin qanunsuz hesab olunmasına dair qaldırdıqları iddia üzrə məhkəmə prosesi keçirilib. Prosesdə vəsatətlə çıxış edən 1 saylı İstintaq Təcridxanasının rəis müavini Ağamməd Məmmədov, jurnalistlərin azadlığa çıxdıqdan 1 il sonra məhkəməyə müraciət etmələrini və buna görə də iddianın əsassız olduğunu deyərək hakimdən qərar qəbul edərkən bunları nəzərə almağı xahiş etdi.

İddiaçı Y. Ağazadə isə istintaq təcridxanasında saxlandıqları zaman yataq dəstlərinin dəyişdirilmədiyini, qida rasionunu qanunda göstərildiyindən az olduğunu, bəzən yemək verilmədiyini, çox kiçik ölçülü kameralarda saxlandıqlarını bildirdi. Y. Ağazadə çıxışında məhkəməyə aparılan zaman onlara quru qida verilməli olduğu halda verilmədiyini, yemək verilən zaman məhkumlara imzalandırılan jurnalda onun əvəzinə başqa məhbusun imza atması səbəbindən ac qaldığını və həmin jurnalda onun imzasının olmadığını da bildirdi.
     Şahid kimi prosesə dəvət olunan “Media Hüquqları İnstitutu”nun rəhbəri Rəşid Hacılı, öz ifadəsində vəkili olduğu jurnalistlərlə təcridxanada saxlandıqları müddətdə görüşə icazə verildiyini, lakin 2 dəfə jurnalistlərin ona vermək istədikləri yazılı vərəqlərin təcridxana gözətçiləri tərəfindən ondan alındığını və jurnalistlərlə həbsxana barədə danışan zaman gözətçilərin görüş otağına girdiklərini bildirdi.
     Hakim E. Həsənov növbəti məhkəmə prosesini 2 aprel saat 16.00 tarixinə təyin etdi.
     İddiaçı tərəf dəymiş mənəvi ziyanın əvəzində 40 min AZN ödənməsini iddia ərizəsinə əlavə etdi.
     Xatırladaq ki “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin şöbə redaktoru Yaşar  Ağazadə 2007-ci ildə C. Əliyevin iddiası ilə 5 ay 1 saylı İstintaq Təcridxanasında saxlanılmışdırlar.
Previous Post

YAŞAR AĞAZADƏNİN VƏ RÖVŞƏN KƏBİRLİNİN MƏHKƏMƏSİ

Next Post

EMİN HÜSEYNOVUN NÖVBƏTİ MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.