HİKMƏT HACIZADƏNİN İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (4 sentyabr ) Səbail rayon Məhkəməsində  hakim  Elnur  Həsənovun sədrliyi ilə Adnan Hacızadənin atası Hikmət Hacızadənin  şəxsi və ailə həyatına hörmət hüququnun pozulması  ilə bağlı Səbail rayon Polis İdarəsinin müstəntiqi Ziya Əliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi  keçirildi.

Qeyd edək ki, iddia əvvəlcə hakim Kəmalə Əmirxanovanın icraatında olsa da, məzuniyyətdə olması səbəbi ilə iş hakim E. Həsənovun icraatına verilib.
Prosesdə çıxış edən H.Hacızadə bildirdi ki, Emin Millinin (Abdullayev) valideynləri də eyni iddia ilə müraciət ediblər. Bu səbəbdən də Hər iki iddianın eyni icraatda birləşdirilməsi ilə vəsatət qaldırıldı.  
Hakim E. Həsənov bildirdi ki, iş ona yeni verildiyi üçün materiallarla tanış deyil. Bu səbəbdən də hakim H.Hacızadənin iddiası üzrə prosesi 14 sentyabr 16:00-a, Paşa Abdullayevin iddiası üzrə prosesi isə saat 17:00-a təyin etdi.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Bakı İstintaq Təcridxanasında saxlanılan gənclərə valideynləri ilə görüş verilməyib.

Previous Post

“YENİ MÜSAVAT” QƏZETİ ANS TELEKANALINI MƏHKƏMƏYƏ VERİB

Next Post

RATİ SƏDRİ VƏ ƏMƏKDAŞININ İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.