RATİ SƏDRİ VƏ ƏMƏKDAŞININ İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (04 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun və birliyin əməkdaşı Rəsul Cəfərovun Bakı Dövlət Universitetinə (BDU) qarşı qaldırdıqları iddiaya əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçı R. Cəfərov, cavabdeh qismində isə  BDU-nin nümayəndəsi Tofiq Sadıqov iştirak edirdilər.
Prosesdə tərəflərin izahatları dinlənildi. İddiaçı R. Cəfərov imtahan prosesi zamanı normativ qaydaların pozulmasını, təqdim edilən  sual kitabçalarında kodlaşdırmanın olmamasını, Apellyasiya Komissiyasının üzvü Məhəmməd İmanlı tərəfindən kobud rəftara məruz qaldıqlarını, mübahisə doğuran sualların araşdırılmadığını  bildirərək, işin icraata götürülməsini və mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi.
Cavabdehin nümayəndəsi T.Sadıqov keçirilən imtahan zamanı heç bir qanun pozuntusunun olmadığını və iddianın əsassız olduğunu bildirdi.
Hakim E.Qurbanov iddianın icraata götürülməsi üçün  kifayət qədər əsaslı olduğunu hesab edərək, prosesi 23 sentyabr saat 15:30-a təyin etdi.
Qeyd edək ki, E.Hüseynov və R.Cəfərov 08 iyul  2009-cu ildə hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil almaq üçün BDU-da keçirilən daxili test imtahanında iştirak etmişdir. Həm test , həm də iyulun 10-da keçirilən Apellyasiya Komissiyasının iclası zamanı üzləşdikləri qanunsuzluqlarla əlaqədar Hüseynov və Cəfərov birgə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. İlkin olaraqç iddia üzrə iş hakim Abbas Rzayevin icraatına verilmişdi. Lakin Abbas Rzayev BDU-da dərs dediyi üçün RATİ sədri və əmkdaşı onun işə baxmasına etiraz etmiş və nəticədə hakim dəyişdirilmişdir.  

Previous Post

HİKMƏT HACIZADƏNİN İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

GƏNC BLOQÇULARA QARŞI CİNAYƏT İŞİNƏ ƏSASƏN MƏHKƏMƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.