NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (21 oktyabr) Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Məryəm Məmmədova və Emil Məmmədovun “Tolişi – Sədo “ qəzetinin baş redaktoru  Novruzəli  Məmmədovun ölümü ilə bağlı bağlı Maliyyə  Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Tibb Baş  İdarəsi, 15 saylı cəzaçəkmə müəssisəsi və Penitensiar Xidmətin müalicə müəssisəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə  çıxış edən cavabdeh 15 saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi Malik Şirməmmədov bildirib ki, Novruzəli Məmmədovun istər cəzaçəkmə müəssisəsində, istərsə də cərimə təcridxanasında saxlanma şəraitinin pis olması ilə bağlı səslənən fikirlərlə razı deyil. O, həmçinin qeyd edib ki, N. Məmmədov cərimə təcridxanasına salınma ilə bağlı qərarla razı olduğunu yazılı formada bildirib.

İddiaçıların vəkili Ramiz Məmmədov isə bildirib ki, cərimə təcridxanasında N.Məmmədovun eynəyi əlindən alınıb və qərarla razı olduğu ilə bağlı sənədə aldadılaraq qol çəkdirilib: “Novruzəli Məmmədova bildiriblər ki, bu, isti paltarla təmin olunmaq üçün rəisin adına yazılmış ərizədir. Novruzəli Məmmədov yalnız bundan sonra həmin ərizəni imzalayıb”.

Növbəti proses 22 oktyabr saat 15:30-a təyin edilib.

 
 Xatırladaq ki, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında vəfat edib. N.Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan N.Məmmədov özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.
 
Previous Post

ALLAHŞÜKÜR PAŞAZADƏ İLƏ “GÜNDƏLİK BAKI” QƏZETİ ARASINDA MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

Next Post

Əli Kərimli Türk əsgərin memorialını ziyarət edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.