ALLAHŞÜKÜR PAŞAZADƏ İLƏ “GÜNDƏLİK BAKI” QƏZETİ ARASINDA MƏHKƏMƏ ÇƏKİŞMƏSİ DAVAM EDİR

Dünən (20 oktyabr) Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.

 Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Gündəlik Bakı” qəzetinin şef-redaktoru Ədil Hüseynli məlumat verib.

Onun sözlərinə görə, prosesdə iddiaçının vəkili Muxtar Mustafayev iştirak etsə də cavabdeh tərəfin vəkilləri Zaur İbadov və Ceyhun Cəfərov iştirak etmədiklərinə görə hakim prosesi 29 oktyabr saat 09:30-a təyin edib.

Xatırladaq ki, A. Paşazadə "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixində dərc edilmiş "Cənubdakı narkotik marşrutu-2" adlı məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək məhkəməyə müraciət etmiş, qəzetin üzr istəməsini və təkzib verməsini tələb etmişdir.

Previous Post

AZƏRBAYCAN MƏTBUAT AZADLIĞINA GÖRƏ 175 ÖLKƏ ARASINDA 146-CI YERDƏDİR

Next Post

NOVRUZƏLİ MƏMMƏDOVUN AİLƏ ÜZVLƏRİNİN QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.