Bu gün (19 fevral) Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmaylovun sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadınin, “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi iddiası üzrə qaldırdığı iddia əsasında məhkəmə hazırlıq iclası keçirilib.
Qeyd edək ki, ötən hazırlıq iclası hakimin cavabdeh tərəfə vəkillə təmin olunmaq üçün vaxt verməsi səbəbindən təxirə salınmışdır. Bu günkü iclasda “Gündəlik Bakı” qəzetini səlahiyyətli nümayəndə qismində Ceyhun Cəfərov və Zaur İbadov təmsil edirdilər.
Bu gün keçirilən hazırlıq iclasında A. Paşazadənin qardaşı Cavanşir Paşazadə məhkəməyə prosesdə ikinci şəxs qismində iştirak etmək üçün iddia ərizəsi təqdim edib. “Gündəlik Bakı” qəzetinin nümayəndələri iddia ilə tanış olmaq üçün yenidən hakimdən vaxt istəyiblər. Hakim T. İsmayılov hazırlıq iclasını bu dəfə də təxirə salaraq 26 fevral saat 15:30-a təyin etdi.