“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ MƏHKƏMƏSİ QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Bu gün (10 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin  sədrliyi ilə Böyük Britaniya vətəndaşı Adeola Aqbabiakanın iddiası ilə  “Korrupsiya və Cəmiyyət“ jurnalına qarşı məhkəmə prosesi mahiyyəti üzrə keçirilməli idi.

Amma iddiaçı tərəfin nümayəndəsi Namiq Ələkbərovun məhkəmə prosesində iştirak etmədiyinə görə proses qeyri-müəyyən müddətə təxirə salınıb.  
Xatırladaq ki, Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və nümayəndəsi Namiq Ələkbərov  "Korrupsiya və cəmiyyət" jurnalına və jurnalın baş redaktoru Məmməd Əhmədoğluna qarşı həmin jurnalın 2007-ci il 9 saylı nömrəsində dərc edilən məqaləyə görə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Hakim Xəqani Tağıyev 4 oktyabr 2007-ci il tarixində iddiaya mahiyyəti üzrə baxılana qədər Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka və vəkili Namiq Ələkbərov haqqında materialların nümayiş etdirilməsinin "Korrupsiya və cəmiyyət" jurnalına və baş redaktoru Məmməd Əhmədoğluna qadağan edilməsi haqqında qərar çıxarmışdı. Baş redaktor bu qərardan Apellyasiya Məhkəməsinə şikayət vermişdi. 13 mart tarixində Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərov şikayəti qismən təmin edərək Namiq Ələkbərov istisna olmaqla, Böyük Britaniya vətəndaşı Adeola Aqbabiaka haqqında materialların nümayiş etdirilməsinə qoyulan qadağanın ləğv olunması barədə qərar çıxarmışdı. Əhmədoğlu isə bu qərarın həm də Namiq Ələkbərova münasibətdə  çıxarılması məqsədilə Ali Məhkəməyə müraciət etmişdi.  Ali Məhkəmə isə redaktorun iddiasını təmin etməmişdi. Sentyabrın 8-də isə bu işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.

Previous Post

ATƏT DİFFAMASİYA MÖVZUSUNDA SEMİNAR KEÇİRƏCƏK

Next Post

SEVİNC OSMANQIZI AKTİV JURNALİSTİKA İLƏ MƏŞĞUL OLMAQ FİKRİNDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.