“MİLLƏTİM” QƏZETİNİN BAŞ REDAKTORUNA QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Bu gün (5 avqust) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna qarşı mülki qaydada iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovun yazılı izahatı iddiaçı tərəfindən hakimə təqdim olundu. Daha sonra 1 saylı cəzaçəkmə müəssisəsində tərbiyəvi işlər üzrə rəis müavini Elxan Bəylərov şahid qismində dindirildi.
İddiaçının vəkili Səməd Əliyevin iddiaya səbəb olmuş müsahibələrdən birinin müəllifi Aytən Şirin adlı müxbirin məhkəməyə dəvət olunması ilə bağlı vəsatəti qəbul olundu.
Qeyd edək ki, F.Novruzoğlunun  Qobustan Qapalı Həbsxanasının məhbusu Eldar Cabbarovun şahid qismində dindirilməsi ilə bağlı ötən məhkəmə iclasında verdiyi vəsatət qəbul olunmuşdu. Hakim cavabdehə bildirdi ki, məhbusun məhkəməyə gətirilməsində problemlər olduğu üçün ona ünvanlanacaq suallar yazılı şəkildə təqdim olunsun.
Növbəti proses 17 avqust saat 17.00-a təyin olundu.
Xatırladaq ki, hüquq müdafiəçisi Elçin Behbudov həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə “Millətim” qəzetinin baş redaktoru F. Novruzoğlunun müəllifi olduğu yazılara görə məhkəməyə müraciət edib və baş redaktorun təkzib verərək üzr istəməsini, həmçinin 100.000 (yüz min) manat təzminat ödəməsini istəyir.  

Previous Post

SMDT-NİN KEÇİRDİYİ FORUM

Next Post

SƏRDAR ƏLİBƏYLİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.