BAŞ REDAKTORUN ƏFLATUN AMAŞOVA QARŞI İDDİASINA ƏSASƏN PROSES KEÇİRİLİB

Fevralın 19-da Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin Mətbuat Şurasının sədri Əflatun Amaşova qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, proses 15.00-a təyin olunsa da, hakimin geçikməsi səbəbilə iclas 2 saat sonra baş tutub.  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən A.Mərzilinin sözlərinə görə, prosesə cavabdeh tərəfdən heç bir nümayəndə qatılmayıb. İddiaçının vəkili Əlirza Həbilovun növbəti məhkəmə iclası zamanı MŞ-nin sədri Ə.Amaşovun da iştirak etməsinin vacibliyi barədə vəsatət qaldırdığını deyən baş redaktor vəsatətin qəbul olunduğunu və sonrakı məhkəmə prosesinin 24 fevral saat 16:00-a təyin olunduğunu bildirdi.
Xatırladaq ki, “Təzadlar” qəzetinin 29 avqust 2009-cu il tarixli sayında Türkiyə-Azərbaycan sərhədlərinin açılması ilə bağlı məqalə dərc olunduqdan sonra MŞ həmin ilin sentyabr ayının 16-da qəzeti “reket” nəşrlər siyahısına aid edib. Qəzetin baş redaktoru A. Mərzili bunu əsassız hesab edərək,  məhkəməyə müraciət edib.

Previous Post

GAMOH-un təşkilatçılığı ilə Dünya Ana Dili Günü münasibətilə Dəyirmi Masa keçirib

Next Post

ABŞ SENATORU BLOGGERLƏRİN HƏBSİNDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.