ABŞ senatoru Emi Klobuçar azərbaycanlı bloggerlər Adnan Hacızadə və Emin Millinin həbsdə saxlanması ilə əlaqədar narahatlığını bildirib.
Bu barədə o, Azərbaycanın Minnesota diasporasının üzvlərinə məktubunda yazıb, xəbəri “Turan”ın Vaşinqton müxbiri verib. "ABŞ demokratik islahatların möhkəmləndirilməsi, o cümlədən ifadə və toplaşmaq azadlığına olan məhdudiyyətlərin aradan qaldırılmasındaAzərbaycan hökuməti və xalqı ilə əməkdaşlığı davam etdirir", deyə məktubda qeyd edilib. Senator həmçinin xatırladır ki, Vaşinqton bir müddət əvvəl Azərbaycan hakimiyyətini bloggerləri müvafiq hüquqi müdafiə və tibbi yardımla təmin etməyə çağırmışdı. Verciniyadan olan digər senator Cim Vebb də Azərbaycanda insan hüquqları və söz azadlığının vəziyyəti ilə əlaqədar narahatlığını bildirib. “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində o deyib ki, ABŞ-ın Azərbaycan diasporası vasitəsilə bu sahədə mövcud olan problemlər barədə məlumat alıb. "Senatın xarici əlaqələr komitəsinin üzvü kimi hadisələri izləməkdə davam edirəm", deyə Vebb bildirib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.