FUTBOL KLUBU PREZİDENTİNİN FANAT.AZ SAYTINA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (17 avqust) Nəsimi  rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun “” idman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə cavabdeh tərəfdən  saytın idman yazarı N. Muxtarlı, saytın layihə rəhbəri Zahir Əzəmət və vəkili Xalid Bağırov, iddiaçı tərəfdən isə vəkillər – Məzahir Niftəliyev və Azər Tağıyev iştirak edirdilər.
Cavabdehin vəkili X.Bağırov iş üzrə sübutların araşdırılması, “Xəzər–Lənkəran” klubunun prezidenti M. Məsimovun və klubun keçmiş  məşqçisi Bəxtiyar Musayevin, klubun oyunçuları Kamran Ağayev və Emin Quliyev və Rəvan Bəşirovun məhkəmədə iştirak etməsi ilə bağlı vəsatət qaldırdı.
Hakim E.Kərimov vəsatətlə ilə bağlı qərarın qəbulunu növbəti prosesə təxirə saldı.
İddiaçının vəkili M.Niftəliyev saytda gedən yazılarda yer alan ifadələri hüquqlarını müdafiə etdiyi şəxsin şəxsiyyətinə qarşı təhqir və böhtan hesab edərək, iddiasının əsaslı olduğunu bildirdi və cavabdehlərin cəzalandırılmasını istədi.
Hakim E. Kərimov növbəti prosesi 26 avqust, saat 15:30-a təyin etdi.
Xatırladaq ki,  Mais Məsimov Natiq Muxtarlının “FANAT.AZ” idman saytında yerləşdirilmiş köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək, Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ BAXIŞI YEKUNLAŞIB

Next Post

“TOLIŞİ-SƏDO” QƏZETİNİN BAŞ REDAKTORU HƏBSXANADA DÜNYASINI DƏYİŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.