JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (16 fevral) Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə “Yüksəliş Naminə” qəzetinin əməkdaşı Elçin Həsənovun apellyasiya şikayəti üzrə proses keçirildi.

Qeyd edək ki, E.Həsənov 23 noyabr 2006-cı ildə qanunsuz həbs olunması ilə bağlı Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə və dövlət hesabına vəkillə təmin edilməməsi ilə bağlı Maliyyə Nazirliyinə qarşı iddiası Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdi. 24 dekabr 2009-cu ildə Ali Məhkəmə yenidən baxması üçün işin Apellyasiya Məhkməsinə göndərilməsi ilə bağlı qərar çıxarıb.
Bugünkü prosesdə hakim H.Əhmədov iddiaçıda həqiqətən də heç bir yerdə işləməməsi və gəlirinin olmaması barədə məhkəməyə arayış təqdim etməyi bildirdi və bu səbəbdən də prosesi fevralın 18-i saat 16:00 kimi təxirə saldı.
Qeyd edək ki prosesdə Maliyyə Nazirliyinin nümayəndəsi Samir Nəsibov da iştirak edirdi.
 “Yüksəliş naminə” qəzeti 2004-cü ildən fasilələrlə ABŞ-ın Milli Dəstək Fondunun (NED) maliyyə dəstəyi ilə həftədə 1 dəfə dərc olunur.

Previous Post

NOTA QƏZETİNİN BAŞ REDAKTORU SƏRDAR ƏLİBƏYLİNİN KEÇİRDİYİ MƏTBUAT KONFRANSI

Next Post

“P.S. NOTA” QƏZETİNİN BAŞ REDAKTORU PREZİDENTLƏ GÖRÜŞMƏK İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.