Bu gün (16 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “P.S. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli həbs olunması və gələcək planları ilə bağlı mətbuat konfransı keçirib.
S.Əlibəyli bildirdi ki, 14 saylı cəzaçəkmə müəssisəsində olarkən, bəzi araşdırmalar aparıb və həbsxanalarda ciddi maliyyə yeyintiləri olduğunu müşahidə edib. Azərbaycan həbsxanalarında 48-50 min məhbus olduğunu bildirən S. Əlibəyli hər məhbusa gündəlik 4,5 manat ayrıldığını, həmin pulların isə aidiyyəti üzrə xərclənmədiyini vurğuladı. O, həbsdə olduğu müddətdə özünə qarşı pis münasibət görmədiyini, lakin digər məhbuslarla olduqca pis rəftar edildiyini qeyd edib.
S. Əlibəyli rəhbərlik etdiyi qəzetdə sabiq prezident Heydər Əliyevin siyasi kursunu, prezident İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı tənqid etdiyini, buna görə də İlham Əliyevin razılığı ilə həbs olunduğunu bildirib: “Prezidentin mənim həbsimin səbəblərini araşdırmaq üçün komissiya yaratmasını və məni qəbul etməsini istəyirəm. Əks təqdirdə növbəti həftə mətbuat konfransı keçirərək daha ciddi faktları açıqlayacağam” – deyə S.Əlibəyli qeyd etdi.
Həbsdə olduğu zaman Ali Məhkəmədən onun işinə baxılması ilə bağlı çağırış vərəqəsinin Cəzaçəkmə Müəssisəsinə deyil, evə göndərildiyini qeyd edən S. Əlibəyli bunun ciddi qanun pozuntusu olduğunu əlavə etdi.
Sonda S. Əlibəyli mart ayından etibarən “P.S. Nota” qəzetinin fəaliyyətinin bərpa olunacağını və tənqidi yazılarını davam etdirəcəyini bildirib.
Xatırladaq ki, 8 oktyabr 2009-cu il tarixdə Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzovun iddiasına əsasən “Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli və əvvəllər bu qəzetdə baş məsləhətçi işləmiş Fərəməz Novruzoğlu üç ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Həmin hökmlə həmin vaxt “Nota” qəzetində çalışmış Ramiz Tağıyev də 6 ay müddətinə islah içləri ilə cəzalandırılmışdı.
Həmçinin oktyabrın 9-da Daxili Qoşunlar (DQ) komandanlığında təmsil olunan bir neçə şəxsin Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə çıxarılan qərara görə, Sərdar Əlibəyli əvvəlki cəzası da daxil olmaqla 4 ay azadlıqdan məhrum edilmiş, bu il fevralın 8-də həbs müddətini başa vuraraq azadlığa çıxmışdır.
Qeyd edək ki, Sərdar Əlibəylinin baş redaktor olduğu həftəlik “Nota Bene” və “Nota” qəzetləri Mətbuat Şurası tərəfindən “reket” elan olunduğu üçün, mətbəələr qəzetləri çap etməkdən imtina ediblər və MŞ-nin qərarı ilə razılaşmayan S.Əlibəyli “P.S. Nota” qəzetinin təsis edib.