HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Dünən (06 iyul) Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə Göyçay rayon Polis Şöbəsinin sabiq rəisi Vüqar Məmmədyarov,

Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimov və Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmə prosesi keçirilib.

 

Prosesdə cavabdeh Vidadi İsgəndərov və iddiaçıların vəkili Əlirza Həbilov iştirak edirdilər.

 

Məhkəmədə prosesində tərəflərin çıxışları dinlənilib. İş vaxtı başa çatdığı üçün cavabdeh V.İsgəndərovun çıxışı yarımçıq qalıb və hakim növbəti prosesi 15 iyul, saat 15.30-a təyin edib.

 
Qeyd edək ki, Vüqar Məmmədyarov iyun ayının əvvəlində Göyçay rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət yol polisinin Şirvan şəhər qeydiyyat imtahan şöbəsinin rəisi təyin olunub.
 

 Xatırladaq ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun ona  böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.

 

Previous Post

ABİD ŞƏRİFOV SU ALTINDA QALMIŞ QASIMBƏYLİ KƏNDİNİN NÜMAYƏNDƏLƏRİNİ QƏBUL EDİB

Next Post

XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA SƏBƏB OLAN ŞİKAYƏT ƏRİZƏLƏRİ EKSPERTİZAYA GÖNDƏRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.