BAŞ REDAKTORUN MƏTBUAT ŞURASINA QARŞI İDDİASINA ƏSƏSƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən (3 mart) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin Mətbuat Şurasının sədri Əflatun Amaşova qarşı qaldırdığı iddiaya əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə “Təzadlar” qəzetinin baş redaktoru A.Mərzili və onun hüquqlarını müdafiə edən Əlirza Həbilov, cavabdeh qismində MŞ-nın nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.

Vəkil Ə. Həbilov çıxış edərək, “Təzadlar” qəzetinin “reket” elan edildiyi iclasın protokolunun, eləcə də MŞ-ya daxil olan şikayət və ərizələr üzrə qeydiyyat kitabçasının məhkəməyə təqdim olunmasına dair vəsatətlə çıxış etdi.
Hakim İ.Şirinov növbəti prosesi 12 mart saat 15:00-a təyin etdi.

Xatırladaq ki, “Təzadlar” qəzetinin 29 avqust 2009-cu il tarixli sayında Türkiyə-Azərbaycan sərhədlərinin açılması ilə bağlı məqalə dərc olunduqdan sonra MŞ həmin ilin sentyabr ayının 16-da qəzeti “reket” nəşrlər siyahısına aid edib. A.Mərzili Əflatun Amaşovun “Təzadlar” qəzeti ilə bağlı işgüzar nüfuzu ləkələyən məlumatlar KİV-də yaydığını iddia edən Asif Mərzili məhkəməyə müraciət edib.

Previous Post

BLOGGERLƏRİN VƏKİLLƏRİNİN HAKİM TƏRKİBİNƏ ETİRAZI QƏBUL OLUNMAYIB

Next Post

TƏLƏBƏ-JURNALİST ELMİN BƏDƏLOV PROKURORLUQDA İZAHAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.