TƏLƏBƏ-JURNALİST ELMİN BƏDƏLOV PROKURORLUQDA İZAHAT VERİB

Poliqon İnformasiya Agentliyinin (pia.az) redaktoru Elmin Bədəlov bu gün (04 mart) Biləsuvar rayon prokurorluğunda izahat verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Elmin Bədəlov izahatında hərbi xidmətdən yayınmadığını, hərbi komissarlıqdan ona çağırış vərəqəsi gəlmədiyini və ali məktəbdən xaric olunmaqla bağlı əmri fevralın 2-də aldığını qeyd etdiyini bildirib.

Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək,  pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün 17 fevralda Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Sabah saat 16.00-da Nəsimi rayon məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə məhkəmə hazırlıq iclası keçiriləcək.
Previous Post

BAŞ REDAKTORUN MƏTBUAT ŞURASINA QARŞI İDDİASINA ƏSƏSƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

“ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ” ÇƏRÇİVƏSİNDƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.