“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (23 fevral) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə “Gündəlik Bakı” qəzetinin Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşova qarşı iddiasına əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə  iddiaçı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev və vəkili Zaur İbadov, cavabdeh qismində MŞ-nın səlahiyyətli nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.

Vəkil Z. İbadov ötən məhkəmə iclasında  MŞ nin nizamnaməsinin və “Gündəlik Bakı” qəzetinin “reket” adlandırılmasına əsaslanan təlimatların surətlərinin məhkəməyə təqdim olunması ilə bağlı xahişlərini xatırladaraq, bu sənədin hələ də təqdim olunmadığını vurğuladı.

Cavabdehin nümayəndəsi Ş.Əliyev bildirdi ki, MŞ nizamnaməsinə xas olan tələbləri yerinə yetirib və o, iddianın rədd edilməsini istədi.

Hakim T. Əsədova növbəti prosesi 10 mart saat 11:00-a təyin etdi.

Xatırladaq  ki, 2009-cu ilin dekabrın 30-da Mətbuat Şurası “Gündəlik Bakı” qəzetinin “reket”lər siyahısına salınması barədə qərar çıxarıb. Qəzet rəhbərliyi qərarla bağlı təkzib verilməsi və 100.000 (yüz min) manat, maddi ziyana görə isə 50 min manat cərimə ödəməsi ilə bağlı iddia qaldırıblar.

Previous Post

DAK IRAN SƏFİRLİYİNİN QARŞISINDA ETİRAZ AKSİYASİ KEÇİRİB

Next Post

“YENİ NƏSİL” ELMAR HÜSEYNOVUN ÖLÜMÜNÜN İLDÖNÜMÜ İLƏ BAĞLI MÜRACİƏT YAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.