“YENİ NƏSİL” ELMAR HÜSEYNOVUN ÖLÜMÜNÜN İLDÖNÜMÜ İLƏ BAĞLI MÜRACİƏT YAYIB

“Yeni Nəsil” Jurnalistlər Birliyi “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı Azərbaycan ictimaiyyətinə müraciət edib.

Müraciətdə 2005-ci il martın 2-də XXI əsrdə ilk dəfə olaraq Azərbaycan jurnalistinin peşə fəaliyyəti ilə əlaqədar olaraq öz evinin qapısı qarşısında amansızcasına qətlə yetirildiyini xatırladırlar. “Məhz həmin gün Elmar Hüseynovun həmkarları onun ideallarını yaşadacaqlarına, müstəqillik və ictimai maraqların üstünlüyü prinsiplərinə sadiq qalacaqlarına and içdilər. Prezident başda olmaqla, bütün ölkə rəsmiləri bu hadisəni dövlətçilik əleyhinə cinayət adlandırdılar, işin üstünün ən qısa müddətdə açılacağına xalq qarşısında söz verdilər” – deyə qeyd olunan müraciətdə vurğulanır ki, ötən 5 ildə tərəflərdən heç biri verdiyi vədlərə əməl etməyib.

“Yeni Nəsil” Jurnalistlər Birliyi ölkə ictimaiyyətinə, Azərbaycanın dövlət, qeyri-hökumət və media institutlarına müraciət edərək, 2010-cu il martın 2-dən 12-dək Azərbaycan mətbuatını “Elmar Hüseynovun xatirəsinə həsr olunmuş ongünlük” keçirməyə, fəaliyyətilə bağlı materiallar yayımlamağa çağırır.  
Müraciətdə dövlət qurumları jurnalistlərin təhlükəsizliyini təmin etməyə, həbsdə olan jurnalistləri azad etməyə, jurnalist fəaliyyətini məhdudlaşdıran qanun dəyişikliklərini yenidən nəzərdən keçirməyə, diffamasiya haqqında qanunun qəbulunu sürətləndirməyə çağırılır.

Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN MƏTBUAT ŞURASINA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.