RATİ SƏDRİ VƏ ƏMƏKDAŞININ BDU-YA QARŞI İDDİASI ÜZRƏ NÖVBƏTİ PROSES KEÇİRİLİB

Bu gün (06 oktyabr) Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun və birliyin əməkdaşı Rəsul Cəfərovun Bakı Dövlət Universitetinə (BDU) qarşı qaldırdıqları iddiaya əsasən məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçılar E. Hüseynov və R.Cəfərov, cavabdeh qismində isə BDU-nun nümayəndəsi Tofiq Sadıqov iştirak edirdilər.

      Prosesdə  BDU-nun qiyabi və ikinci ali təhsil üzrə prorektoru Məcnun Babayev və Hüquq fakultəsinin baş müəllimi Elşad Nəsirov şahid qismində iştirak edirdi. Rəsul Cəfərov imtahan zamanı sual kitabçalarında olan suallardan 5-nin çaşdırıcı və səhv olduğunu bildirərək, bu məsələ ilə bağlı şahidlərə suallar verdi. Həmçinin sualların istifadə olunduğu mənbələrin, sualları tərtib edən şəxslərin məlum olmadığı, sual kitabçalarının və cavab kartlarının kodlaşdırılmamasının imtahanın şəffaf keçirilməməsinin göstəricisi olduğu qeyd edildi. Şahidlərin məsələ ilə bağlı verdiyi cavablar iddiaçıları qane etmədi. Buna görə də iddiaçılar sualların araşdırılması üçün ekspertizanın keçirilməsinin zəruri olduğunu vurğuladılar. 

      Emin Hüseynov imtahanda iştirak edən şəxslərin sayı, universitetə  qəbul olunanların siyahısı və topladığı ballarla bağlı sənədlərin məhkəməyə təqdim olunması  ilə bağlı vəsatət qaldırdı. Tofiq Sadıqov isə bunu insanların daxili işlərinə qarışmaq olduğunu bildirərək, vəsatətin rədd olunmasını xahiş etdi.

      Hakim vəsatətin təmin edilməsi ilə bağlı qərar qəbul edərək, növbəti prosesi 14 oktyabr 12:00-a təyin etdi. 
               Xatırladaq ki, E.Hüseynov və R.Cəfərov 08 iyul  2009-cu ildə hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil almaq üçün BDU-da keçirilən daxili test imtahanında iştirak etmiş və həm test, həm də iyulun 10-da keçirilən Apellyasiya Komissiyasının iclası zamanı üzləşdikləri qanunsuzluqlarla əlaqədar birgə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

 

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

EDITOR-IN-CHIEF APPEALS TO PRESIDENT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.