“MOZALAN” JURNALININ MƏTBUAT ŞURASINA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (22 fevral) 1 saylı Bakı İqtisad Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə “Mozalan” jurnalının baş redaktoru Mövsüm Əşrəfoğlunun (Mövsümov) Mətbuat Şurasına qarşı iddiasına əsasən məhkəmə prosesi keçirildi. 

Prosesdə iddiaçı M.Əşrəfoğlu və cavabdeh tərəfdən  MŞ-nın səlahiyyətli nümayəndəsi Şəmsəddin Əliyev iştirak edirdilər.
M. Əşrəfoğlu “Mozalan” jurnalının “reket” elan olunmasının qanunsuz olduğunu bildirdi və növbəti  prosesdə MŞ-nın sədri Ə. Amaşovun məhkəməyə dəvət edilməsi barədə şifahi vəsatət qaldırdı.
Cavabdehin nümayəndəsi Ş.Əliyev vəsatətin əsassız olduğu üçün rədd edilməsini istədi.
Hakim Ş. Məmmədova vəsatətin təmin edilmədiyini deyərək, növbəti prosesi 5 mart saat 10:30-a təyin etdi.
Xatırladaq ki, Mətbuat Şurası “Mozalan” jurnalını “reket” elan etdiyinə görə, baş redaktor məhkəməyə müraciət edərək, 50 min manat maddi təzminat ödənilməsi və Mətbuat Şurasının çıxardığı bu qərara görə təkzib verərək üzr istəməsini istəyib.
Qeyd edək ki, “Mozalan” satirik jurnalı 2005-ci ildə təsis olunub və 2007-ci ildən etibarən aylıq dərc olunur.
 
Previous Post

İRANDA YAŞAYAN AZƏRBAYCANLILARIN İFADƏ AZADLIĞI POZULUR

Next Post

QHT ƏDLİYYƏ NAZİRLİYİNİ AVROPA MƏHKƏMƏSİNƏ VERDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.