İRANDA YAŞAYAN AZƏRBAYCANLILARIN İFADƏ AZADLIĞI POZULUR

Bu gün (22 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa keçirib.

O, çıxışında  Cənubi Azərbaycandakı 35 milyonluq soydaşımızın hüquqlarının pozulmasına da toxunub və bildirib ki, azərbaycanlılar İranda öz ana dillərində təhsil almaq hüququndan məhrum edilibdir. Bunu Azərbaycan dilinə və mədinnəytinə qarşı soyqırım hesab edən A. Qaradağlı İran Konstitusiyasında azərbaycanlıların öz dillərində təhsil ala bilməsi ilə bağlı maddə olduğunu, lakin buna əməl edilmədiyini bildirdi. O həmçinin İranda Azərbaycan dilində qəzet və jurnalların da nəşrinin qadağan edildiyini və beləliklə də azərbaycanlıların öz dillərdən uzaqlaşdırılması siyasətinin yürüdüldüyünü bildirdi.
Dəyirmi masada çıxış edənlər İran hakimiyyətinin azərbaycanlılara qarşı mövqeyinin beynəlxalq hüquqa zidd olduğunu bildiriblər.
 
Previous Post

ABŞ SENATORU BLOGGERLƏRİN HƏBSİNDƏN NARAHATDIR

Next Post

“MOZALAN” JURNALININ MƏTBUAT ŞURASINA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.