İCTİMAİ BİRLİK SƏDRİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES KEÇİRİLİB

Bu gün (13 may) Bakı Apellyasiya Məhkəməsində hakim Saqi Məmmədovun sədrliyi ilə Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətifə Məlikovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi  iclası keçirilib.

İddiaçı L.Məlikova şikayətin təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, təşkilatın qeydiyyata alınması ilə bağlı 26 aprel 2010-cu ildə yenidən Ədliyyə Nazirliyinə müraciət edib.
Hakim S.Məmmədov bildirdi ki, Ədliyyə Nazirliyinə yenidən edilmiş müraciətin nəticəsi məlum olduqdan sonra qərar elan ediləcək və növbəti prosesi 20 may 15.30-a təyin etdi.
Xatırladaq ki, L.Məlikova 2008-ci ilin noyabr ayından  “Regional İnsan Haqları və Maarifləndirmə Mərkəzi” İB-nin qeydiyyata  alınması üçün Ədliyyə Nazirliyinə müraciət etmiş və qeydə alınmadığı üçün məhkəməyə müraciət etmişdi. Yasamal rayon məhkəməsində 1 iyul 2009-cu ildə iddianın təmin olunmaması ilə bağlı qərar çıxarılmışdı. 29 sentyabr 2009-cu ildə Bakı Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. İddiaçının kassasiya şikayətinə əsasən 27 yanvar 2010-cu ildə Ali Məhkəmə işə yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsinə qərar verib.
 
Previous Post

BAKIDA 200-DƏN ÇOX QANUNSUZ BƏRK TULLANTI ATILAN YER AŞKAR EDİLİB

Next Post

AVROPA İTTİFAQI AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏ SÖZ AZADLIĞININ VƏZİYYƏTİNDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.