AVROPA İTTİFAQI AZƏRBAYCANDA İNSAN HAQLARININ VƏ SÖZ AZADLIĞININ VƏZİYYƏTİNDƏN NARAHATDIR

Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinin (AQS) həyata keçirilməsi ilə bağlı sənədlər paketini təqdim edib.

Sənədlər paketinə AQS-nin 5 illik icrasının qiymətləndirilməsi, habelə 2009-cu ildə 12 ölkənin, o cümlədən Azərbaycanın inkişafı haqqında hesabatları və ayrı-ayrı sahələrə aid hesabatlar daxildir. “Turan”ın məlumatına görə, bu barədə dünən (12 may) Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia jurnalistlərlə görüşündə məlumat verib. “Azərbaycanda insan haqlarının və əsas azadlıqlarının qorunmasında irəliləyişlər olmayıb” deyən Kobia əlavə edib ki, hakimiyyət dairələrini tənqid edən jurnalistlərin və şəxslərin hədələnməsi halları, eləcə də siyasi fəallar əleyhinə sual doğuran prosessual prosedurlar haqqında hələ də məlumat verilir.
Kobia həmçinin bildirib ki,2010-cu ildə siyasi dialoq və islahatlar, o cümlədən ədliyyə sektoru və qanunun aliliyinin qüvvətləndirilməsi, xüsusilə də ədliyyə sisteminin müstəqilliyinin artırılması sahəsində əlavə səylər göstərilməlidir. Xüsusilə də bütün sahələrdə qəbul edilmiş qanunvericiliyin düzgün icrası, korrupsiya əleyhinə mübarizənin davam etdirilməsi əsas əhəmiyyət kəsb etməlidir.

Previous Post

İCTİMAİ BİRLİK SƏDRİNİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

NAXÇIVANDA İNSAN HÜQUQLARININ DURUMUNA DAİR DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.