BAŞ REDAKTORA QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (4 avqust) Nərimanov rayon Məhkəməsində hakim Arif İsmayılovun sədrliyi ilə hüquq müdafiəçisi Çingiz Qənizadənin  “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğluna qarşı  xüsusi ittiham qaydasında iddiasına əsasən məhkəmə prosesi keçirildi.

F. Novruzoğlu dövlət tərəfindən pulsuz vəkillə təmin olunması ilə bağlı vəsatət qaldırdı. İttihamçı tərəfin vəkili Raqif Mustafayev isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovun şahid qismində dəvət olunması barədə vəsatət qaldırdı.
Hakim A. İsmayılov hər iki vəsatəti qəbul edərək, prosesi 11 avqust saat 16:00-a təyin etdi.
Xatırladaq ki, hüquq müdafiəçisi Çingiz Qənizadə həbsxanalarda baş verən cinayət halları və bu halların hüquq müdafiəçiləri tərəfindən gizlədilməsi faktları barədə “Millətim” qəzetinin baş redaktoru F. Novruzoğlunun müəllifi olduğu yazılara görə Cinayət Məcəlləsinin 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Previous Post

VƏKİLLƏRİ GƏNC BLOQÇULARLA GÖRÜŞÜBLƏR

Next Post

NAXÇIVANDA JURNALİSTLƏRƏ TƏZYİQ DAVAM EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.