POLİSLƏRİN MƏHKƏMƏYƏ VERDİYİ HÜQUQ MÜDAFİƏÇİSİNİN MƏHKƏMƏSİ YEKUNLAŞMAQ ÜZRƏDİR

Sentyabrın 16-da Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə ilə Göyçay rayon Polis Şöbəsinin sabiq rəisi Vüqar Məmmədyarov, Göyçay rayon Polis Şöbəsinin inzibati təqiblər üzrə baş inspektoru Bəxtiyar Həşimov

və Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında iddia üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə  xüsusi ittahmçıların nümayəndəsi Əlirza Əbilov iştirak etmədiyindən hakim prosesi təxirə saldı.

Vidadi İsgəndərov hakimdən xahiş etdi ki, proses uzanmasın  və  xüsusi ittihamçının nümayəndəsinin məhkəmə iclasında  iştirakı təmin edilsin.

Daha sonra hakim növbəti prosesi 23 sentyabr saat 15:00-a təyin etdi və  bildirdi ki, gələn dəfə xüsusi ittihamçıların nümayəndəsi prosesə gəlməsə də qərar veriləcək.

Qeyd edək ki, Vüqar Məmmədyarov iyun ayının əvvəlində Göyçay rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib və Dövlət Yol Polisinin Şirvan şəhər qeydiyyat imtahan şöbəsinin rəisi təyin olunub.

Xatırladaq ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun ona  böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldıraraq, cinayət məsuliyyətinə cəlb olunmasını istəyiblər.

Previous Post

PENİTENSİAR XİDMƏT MƏHKƏMƏYƏ VERİLİB

Next Post

EYNULLA FƏTULLAYEVİN BAKI ŞƏHƏR PROKURORLUĞUNA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.