GƏNCLƏR TƏŞKİLATLARININ İTV-YƏ QARŞI MƏHKƏMƏSİ START GÖTÜRDÜ

 

Bu gün (26 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə bir qrup Gənclər təşkilatının  İctimai Televiziya və Radio Verilişləri Şirkətinə (İTV) qarşı müraciətə cavab verilməməsinin qanunsuz hesab olunması və  müraciətə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına tələbinə dair məhkəmənin hazırlıq iclası keçirildi.

Prosesdə iddiaçılardan Abbasov Rail və iddiaçı  Rəsul Cəfərovun nümayəndəsi Günay İsmayılova, cavabdeh tərəfdən isə İTV-nin  ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov iştirak edirdilər.

 İddiaçılardan  C. Rəsulun nümayəndəsi G. İsmayılova və A. Rail hər ikisi iddialarını müdafiə etdiklərini bildirdilər  və iddianın  təmin olunmasını məhkəmədən xahiş etdilər.

Cavabdehin nümayəndəsi T. Məmmədov iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. O eyni zamanda müraciət edilən sorğuya cavab verilməsi üçün konkret ünvanın göstərilmədiyini qeyd etdi.

İddiaçı R. Cəfərovun nümayəndəsi G. İsmayılova bununla razı olmadığını deyərək, göndərilən məktubun üzərində müraciətə  cavab verilməsi üçün ünvanın göstərildiyini hakimə bildirdi.

Hakim M. Hacıyeva işin  məhkəmə baxışı zamanı müraciətə  yazılı şəkildə verilmiş cavabı iddiaçılara təqdim etməyi  İTV-nin nümayəndəsinə təklif etdi və  məhkəmə baxışını  17 sentyabr saat 16:00-a təyin etdi.

Xatırladaq ki, bir qrup Gənclər təşkilatı 20 may 2011-ci il tarixdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru  İsmayıl Ömərova müraciət edərək son dövrlərdə Azərbaycanda gənclərin əsassız və qurama ittihamlarla həbslərlə bağlı gənclərin öz mövqelərinin əks olunacağı (ittiham tərəfinin nümayəndəsi ilə birgə) süjet və  ya ayrıca veriliş hazırlamağa, yaxud birbaşa çıxış üçün qısa müddətə olsa da belə efir vaxtı ayırmağa göstəriş verməyi xahiş etmişdilər. Lakin müraciətə heç bir əsas göstərilmədən cavab verilmədiyindən Gənclər təşkilatları Yasamal rayon Məhkəməsinə müraciət ediblər.

 

 

Previous Post

PROKUROR MÜXALİFƏTÇİLƏRƏ İŞ İSTƏDİ

Next Post

JURNALİST VƏ HÜQUQ MÜDAFİƏÇİSİ SAXTA İTTİHAMLA CƏRİMƏLƏNDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.