JURNALİST VƏ HÜQUQ MÜDAFİƏÇİSİ SAXTA İTTİHAMLA CƏRİMƏLƏNDİ

Sentyabrın 22-də Şərur rayon Məhkəməsində hakim Hüseyn Zülfüqarovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  Naxçıvandakı bölgə müxbiri Həkimeldostu Mehdiyevə qarşı CM-nin  189-1.1-ci maddəsi  ilə (elektrik enerjisi oğurlamaq) açılmış cinayət işi üzrə hökm elan olunub. Bu barədə bu gün (26 sentyabr) RATİ-yə H. Mehdiyev məlumat verib.

Jurnalist bildirdi ki, məhkəmədə dövlət ittihamçısı Əli Əliyevin məhkəməyə təqdim etdiyi 11 şahiddən ikisi istisna olmaqla digər şahidlər ibtidai istintaqda verdikləri izahatlardakı bəzi ifadələrin onlara aid olmadığını bildirməsinə, eləcə də  prosesdə şahid kimi dindirilən Cəlilkənd inzibati ərazi üzrə nümayəndəsi Qasımov Əli Aydın oğlunun  sərbəst ifadəsində  jurnalistə qarşı qərəzli olduğunu etiraf  etməsinə baxmayaraq, hakim jurnalistin qanunsuz işlətdiyi iddia olunan elektrik enerjisinə görə 1000 manat dəyərində cərimələnməsi barədə qərar elan edib.

Jurnalist H. Mehdiyev hakimin qərarının qərəzli və ədalətsiz olduğunu deyərək, qərardan apellyasiya şikayəti veriləcəyini bildirdi.

Xatırladaq ki, jurnalistə qarşı təzyiqlər iyulun əvvəllərində “Franfurter algemayne tsaytunq” qəzetinin icmalçısı Mixael Lüdviqin Naxçıvana səfəri zamanı onu müşayiət etməsindən sonra başlayıb (yerli hakimiyyət almanı Naxçıvana buraxmamağa cəhd edirdi).

İyulun 15-də yerli hakimiyyəti Mehdiyevin Şərur rayonunun Cəlilkənd kəndindəki evin yaxınlığında yerləşən avtomobil yuma məntəqəsində elektrik enerjisindən qanunsuz istifadə bəhanəsi ilə onun evinə enerji verilməsini dayandırıb. Lakin Mehdiyevin sözlərinə görə, o, istifadə etdiyi bütün enerjinin haqqını ödəyib və onun bunu təsdiq edən sənədləri var. O vaxtdan etibarən Mehdiyevlər ailəsi 24 gün işıqsız yaşayıb.

Previous Post

GƏNCLƏR TƏŞKİLATLARININ İTV-YƏ QARŞI MƏHKƏMƏSİ START GÖTÜRDÜ

Next Post

SAÇI AĞ, SAQQALI AĞ, BƏXTİ QARA FƏHLƏ BABA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.