ANAR BAYRAMLININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının cinayət işi üzrə Binəqədi rayon məhkəməsində növbəti proses keçirilib.

Hakim Tərlan Kərimovun sədrliyi ilə keçirilən prosesdə Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşı Oruc Mirzəyev və istintaqda hal şahidi kimi iştirak etmiş Elnur Qasımov ifadə verib. Oruc Mirzəyev vəkilin suallarına cavab verməkdən imtina edib, hakim isə şahidi cavab verməyə məcbur etmək səlahiyyətinin olmadığını bildirib.

Proses 8 iyun saat 14:15-də növbəti şahidlərin dindirilməsi ilə davam edəcək.

Xatırladaq ki, Anar Bayramlı fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb.

 

Previous Post

ANAR BAYRAMLININ MƏHKƏMƏSİNDƏ ŞAHİD POLİS SUALLARDAN YAYINDI

Next Post

İNFORMASİYA ƏLDƏ ETMƏK HÜQUQU MƏHDUDLAŞDIRILA BİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.