İNFORMASİYA ƏLDƏ ETMƏK HÜQUQU MƏHDUDLAŞDIRILA BİLƏR

İyunun 1-də Milli Məclisin hüquq siyasəti, dövlət quruculuğu və insan hüquqları komitələrinin birgə iclasında “İnformasiya əldə etmək haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb.

Əlavədə qeyd olunur ki, informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Media Hüquqları İnstitutunun (MHİ)  hüquqşünası Xalid Ağəliyev RATİ-yə açıqlamasında informasiya əldə etmək hüququnun, ümumilikdə ifadə azadlığı hüququnun  mütləq olmadığını bildirib. Amma o hesab edir ki, ümumilikdə bu hüquq informasiya əldə etmək hüququnu məhdudlaşdırmamalıdır. O hazırda təklif olunan dəyişikliklərin isə mürtəce xarakter daşıdığını bildirib.

Previous Post

ANAR BAYRAMLININ İŞİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

İCTİMAİ PALATA 4 İYUN QİYAMI İLƏ BAĞLI DİNLƏMƏ KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.