BMM-DƏ HƏR KƏS TƏDBİR KEÇİRƏ BİLMƏZ

Bu gün (11 sentyabr)  Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azad, Şəffaf və Ədalətli Seçkilər” Koalisiyası mətbuat konfransı keçirdi.

Təşkilat Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı apardığı  monitorinqin bir aylıq nəticələrinin elan edilməyini vəd etsə də tədbirdə əsasən jurnalistlər tənqid edildi.
Koalisiyanın üzvlərindən biri olan Eldar İsmayılova görə, seçki ilində Azərbaycanda siyasi passivlik hökm sürür və bunun da günahı əsasən jurnalistlərdədir. O hesab etdi ki, jurnalistlər daha çox seçkilərdən və seçkilərə hazırlıq işlərindən yazmalıdırlar.
  Belə ki, sabah da “Seçki 2008” QHT Koalisiyası BMM-də “Azad və ədalətli seçkilərdə ictimai nəzarət mexanizmi: bacarıqlar, imkanlar və problemlər” mövzusunda seminar keçirəcək.
Qeyd edək ki, iyulun 17-dən BMM  qeyri-müəyyən müddətə qədər təmirə bağlandığını elan etmişdi (http://www.irfs.az/content/view/1018/28/lang,az/). Bu müddət ərzində isə BMM tədbirlərin keçirilməsi üçün edilmiş çoxsaylı müraciətləri rədd etmişdi.
Amma bu müddət ərzində BMM-də təmir işləri aparılmayıb. Sadəcə BMM-in kiçik konfrans zalındakı və kafesindəki stol-stullar yığışdırılıb. BMM-in böyük konfrans zalında da çox az sayda stol və stul saxlanılıb.
BMM-in direktoru Azər Vəliyevin RATİ-yə bildirdiyinə görə, mətbuat mərkəzində təmir işləri nəzərdə tutulub. Onun sözlərinə görə, hələlik mətbəxdə təmir işləri gedir: “Biz ümumiyyətlə mətbəxi və yeməkxananı ləğv etmək istəyirik. Çünki,  tədbir keçirənlər onsuz da burada nahar etmirlər”.
Belə ki, BMM fəaliyyəti davam edəcək, amma qapılar hər kəsin üzümə açıq olmayacaq. “Bizimlə “Seçki-2008”  QHT Koalisiyası, habelə “Azad, Şəffaf və Ədaltlı Seçkilər” Koalissiyasının müqavilələri var. Buna görə də biz yalnız bu təşkilatlara BMM-də tədbir keçirməyə icazə verəcəyik. Habelə özümüzün də media ilə bağlı treninqlərimiz var. Biz öz tədbirlərimizi də burada keçirəcəyik”, – deyə qeyd edən A. Vəliyev BMM-də hər kəsə tədbirlərin keçirilməsinə icazənin hansı səbəbdən verilməməyi ilə bağlı yaranmış sualı cavabsız qoydu.

Previous Post

QƏNİMƏT ZAHİDİN ƏLYAZMALARI İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Next Post

JURNALİSTLƏRİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.