BAŞ REDAKTORUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ İCLAS TƏXİRƏ SALINIB

Bu gün (09 sentyabr) Bakı Apellyasiya məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlunun Mətbuat Şurasına və qurumun sədr müavini Vüqar Rəhimzadəyə qarşı qaldırdığı iddiaya əsasən Binəqədi rayon məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti üzrə iclas təxirə salınıb.

 İclasda iddiaçı tərəfdən Məmməd Əhmədoğlu, cavabdeh tərəfdən nümayəndələri Rəhim Hüseynzadə və Müşfiq Ələsgərli iştirak edirdilər. Hakim bildirdi ki, cavabdeh tərəfin nümayəndələrinin etibarnamələri düzgün tərtib olunmadığına görə iclas 16 sentyabr saat 15.00-a təyin olunur.
  Xatırladaq ki, Mətbuat Şurası  “Korrupsiya və Cəmiyyət” jurnalını “reket mətbuat” siyahısına daxil etdiyi üçün M.Əhmədoğlu, MŞ-nin təkzib verərək üzr istəməsi və dəymiş mənəvi ziyana görə cavabdehlərin hər birinin 4.000 (dörd min) manat ödəməsi barədə iddia qaldırmış, lakin 30 iyun 2009-cu il tarixdə Binəqədi rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə qərar çıxarmışdı.
Previous Post

GANIMAT ZAHID HAS SERIOUS HEALTH PROBLEMS

Next Post

KİV-İN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU ŞİKAYƏTÇİLƏRİ QƏBUL EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.