QƏNİMƏT ZAHİDİN ÜZƏRİNDƏN MƏHKUMLUĞUN GÖTÜRÜLMƏSİ İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (15 sentyabr) Yasamal Rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimətin Zahidin (Zahidov) məhkumluğun üzərindən götürülməsi ilə  bağlı verdiyi iddia üzrə məhkəmə prosesi keçirildi.

Qənimət Zahidin vəkili Elçin Sadıqov xaricdə səfərdə olduğundan prosesdə iştirak etmirdi.  Hakim prosesi təxirə salmağı və yaxud da baş redaktorun vəkildən  imtina etməsini təklif etdi. Qənimət Zahid vəkildən imtina barədə ərizə yazaraq vəkildən imtina etdi.

Daha sonra Qənimət Zahid çıxış edərək bildirdi ki, o artıq cəzasının 2 il 6 ayını çəkib və  prezidentin sərəncamı ilə əfv edilib. Buna görə də  o hakimdən üzərindən məhkumluğun götürülməsini və  ərizəsinin təmin edilməsini xahiş etdi.

Dövlət ittihamçısı Şahin İsmayılov bildirdi ki, Qənimət Zahid kifayət qədər islah olunmayıb. Həm də, qanuna görə 3 il müddət keçməlidir və əgər islah olunmasını təsdiq edən sübutlar olarsa  Qənimət Zahidin məhkumluğu vaxtından əvvəl üzərindən götürülə bilər. Prokuror belə sübutların  iş materiallarında olmadığını və iddianın təmin edilməməyini məhkəmədən xahiş etdi.

Qənimət Zahid isə bildirdi ki, “Azadlıq ” qəzetinin əməkdaşları tərəfindən təsdiq edilmiş akt və “Azadlıq” qəzeti tərəfindən verilmiş xasiyyətnamə iş materiallarında var.

Daha sonra hakim müşavirəyə getdi. Qərar sentyabrın 16-da  saat 10:00 – da elan ediləcək .

Xatırladaq ki, Qənimət Zahid Cinayət Məcəlləsinin  127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilmişdi. Azərbaycan Respublikasının Prezidentinin 17 mart 2010-cu il arixli əfv sərəncamı ilə azadlığa buraxılıb.

“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

Previous Post

İSVEÇDƏ SEÇKİLƏRDƏN SONRAKI DURUMU MÜŞAHİDƏ EDƏCƏK AZƏRBAYCANLI JURNALİSTLƏR BƏLLİ OLDU

Next Post

EYNULLA FƏTULLAYEVİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏNİN HAZIRLIQ İCLASI KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.