EMİN HÜSEYNOVUN MƏHKƏMƏSİ İYUNUN 9-DA TƏRƏFLƏRİN YEKUN ÇIXIŞI İLƏ DAVAM EDƏCƏK

Bu gün (26 may) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN), Nəsimi rayon Polis İdarəsinə (RPİ) və Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Məhkəmə prosesində iddiaçı E.Hüseynovun və onun vəkili Elçin Sadıqov, cavabdeh tərəfdən 22-ci Polis Bölməsinin vəkili Məzahir Şahbazov iştirak edirdilər.
Məhkəmənin səyyar keçirilən birinci hissəsi “Alaturka” kafesinin qarşısında baş tutdu. Amma kafe bağlı olduğundan içəri keçmək mümkün olmadı. Habelə hadisə yerində şahidlər də dindirilmədi. Daha sonra proses Nəsimi rayon Məhkəməsində davam etdi.
Prosesin ikinci hissəsində vəkil  E.Sadıqov vəsatət qaldıraraq  hadisə zamanı (2008-ci il iyunun 14-də “Alaturka” kafesində tədbirin dağıdılması) çəkilən video görüntülərə məhkəmədə baxılmasını xahiş etdi. Vəkilin bu vəsatəti təmin edildi və video görüntülərə baxış keçirildi.
Sonda hakim İ.Şirinov tərəflərin yekun  çıxışlarını yazılı şəkildə məhkəməyə təqdim etmələrini tələb etdi və prosesi  iyunun 9-u saat 16:30-a təyin etdi.
Xatırladaq ki, E.Hüseynov 14 iyun  2008-ci il tarixində “ Alaturka” restoranında “Çe Gevara Fanatları Klubu”-nun keçirdiyi tədbir dağıdılarkən, 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqlərə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən Emin Hüseynov 20 gündən artıq xəstəxanada müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.
Previous Post

ELAN!

Next Post

MTN VƏ BAŞ PROKURORLUQLA BAĞLI BAŞLANAN MƏHKƏMƏ PROSESİ QAPALI KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.