MTN VƏ BAŞ PROKURORLUQLA BAĞLI BAŞLANAN MƏHKƏMƏ PROSESİ QAPALI KEÇİRİLDİ

Bu gün (27 may) Səbail rayon Məhkəməsində hakim Araz Hüseynovun sədrliyi ilə “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun MTN-ə və Baş prokurorluğun Ağır Cinayətlərə dair İşlər İstintaq İdarəsinin rəisi Eldar Əhmədova qarşı telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab olunması ilə bağlı qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

Prosesdə iddiaçı tərəfin nümayəndəsi Fariz Namazlı və cavabdeh tərəfdən MTN-nin nümayəndəsi Emin Qəmərli iştirak edirdi.
F. Namazlının sözlərinə görə MTN-nin nümayəndəsi E. Qəmərli peşə sirrinin qorunması ilə bağlı məhkəmə prosesinin qapalı keçirilməsi üçün vəsatət qaldırdı. Biz  etiraz elədik, lakin hakim A. Hüseynov bütün məhkəmə prosesinin qapalı keçiriləcəyini qərara aldı.
 “Vəsatət qaldırdıq Azər Əhmədovun telefon danışıqlarının dinlənilməsi  ilə bağlı məhkəmə qərarının bizə təqdim edilməsini xahiş etdik. Hakim Araz Hüseynov  məhkəmə baxışı zamanı sənədin bizə təqdim ediləcəyini bildirdi”, – deyə F. Namazlı qeyd etdi.
F. Namazlının verdiyi məlumata görə, hakim A. Hüseynov  məhkəmə prosesini  iyun ayının 4-ü saat 09.30 – a təyin edib .
İddiaya səbəb “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin işi üzrə istintaqın gedişi zamanı A. Əhmədovun da telefon danışıqlarının dinlənilməsi olub. İddiaçı A. Əhmədov telefon danışıqlarının dinlənilməsinin qanunsuz hesab edilməsi və ona dəymiş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi tələb edir.
Previous Post

EMİN HÜSEYNOVUN MƏHKƏMƏSİ İYUNUN 9-DA TƏRƏFLƏRİN YEKUN ÇIXIŞI İLƏ DAVAM EDƏCƏK

Next Post

“İSRAİL AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.