JURNALİSTİN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES BAŞ TUTMADI

Bu gün (01 iyun) Bakı Apellasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi “Yeni Müsavat” qəzetinin müxbiri Əfqan Muxtarlının apellyasiya şikayətinə əsasən məhkəmə prosesi keçirilməli idi. Qarşı tərəf – İradə Səlimova (Məmmədova) məhkəmə prosesi barədə bildiriş almaması səbəbi ilə iştirak etmədiyinə görə, hakim prosesi 16 iyul saat 10-a təxirə saldı.

Xatırladaq ki, vətəndaş İradə Səlimova “Yeni Müsavat” qəzetində Əfqan Muxtarlının imzası ilə gedən məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək, Yasamal rayon məhkəməsində iddia qaldırmış və məhkəmə Əfqan Muxtarlının 250 manat kompensasiya ödəməsi və qəzetdə təkzib verməsi barədə qətnamə çıxarıb. Əfqan Muxtarlı isə sözügedən qərardan apelyasiya şikayəti verib.
Previous Post

“AZAD DALĞALAR” LAYİHƏSİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Next Post

MƏTBUAT ŞURASINA QARŞI İDDİAYA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.