Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Sərdar Əlibəylinin özü məlumat verib. “Bir müddət öncə Mətbuat Şurası “Nota” qəzetini “reket qəzetlər” siyahısına daxil etdiyi üçün, bu qərarın qanunsuz hesab edilməsi üçün məhkəməyə müraciət etmişik. İddia hakim Mirheydər Seyidovun icraatındadır və sabah saat 11.00-da hazırlıq iclası keçiriləcək” – deyən S.Əlibəyli bildirdi ki, iddia Mətbuat Şurasına və qurumun sədri Əflatun Amaşova qarşı qaldırılıb.