BAŞ REDAKTORUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Bu gün Apellyasiya Məhkəməsinin hakimi Əli Seyfəliyevin sədrliyi ilə “Azərbaycan” Nəşriyyatının xüsusi ittiham qaydasında "Xural" qəzetinə qarşı qaldırdığı iddia əsasında çıxarılmış qərardan verilən  şikayət üzrə məhkəmə prosesi keçirilib.

Hakim rayon məhkəməsinin  qərarını qüvvədə saxlayıb. Qəzetin baş redaktoru Əvəz Zeynallı RATİ-yə bildirib ki, qərardan kassasiya şikayəti veriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov 28 avqust 2007-ci il tarixdə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya və qəzetin yazarı Kamal Hüseynə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulan mənəvi ziyanın ödənilməsinə dair   iddia qaldırmışdı. İddiaya səbəb "Xural" qəzetinin 24-30 iyun 2007-ci il tarixli "Nəşriyyat "qızıl" kəsir", 29 iyul – 04 avqust 2007-ci il tarixli "Azərbaycan mətbuatının ölüm yeri"   və 19-25 avqust 2007-ci il tarixli ""Azərbaycan" Nəşriyyatı yox, "Azərbaycan" fabriki" adlı məqalələr səbəb olub. Məqalələrdə Nəşriyyatın baş direktorunun fəaliyyətində yol verdiyi qanun pozuntuları əks olunub. İddiada qəzetin üzr istəyərək, təkzib verməsi, 250000 AZN məbləğində təzminat ödəməsi və cavabdehlərin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunurdu.   Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Alıyevanın çıxardığı hökmə əsasən, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırılmışdı. Baş redaktorun hər ay maaşının 15 %-i dövlət nəfinə ödənilməlidir.   

Previous Post

MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINIB

Next Post

MEDİA QANUNVERİCİLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.