“BİZİM YOL” QƏZETİ ƏMƏKDAŞININ POLİSƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK

“Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin təhqiqatçısı Fazil Mahmudova qarşı iddia qaldıraraq, Səbail rayon Məhkəməsinə müraciət edib. Bu barədə bu gün (26 may) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) R. İbrahimov məlumat verib. 

R. İbrahimov bildirdi ki, iş artıq icraata qəbul olunub və sabah mayın 27-də saat 16:30-da Səbail rayon məhkəməsinin  hakimi  Fuad Hüseynovun  sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçiriləcək.

 Xatırladaq ki, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov  fevralın 12-də Prezident Administrasiyasının qarşısında keçirilən etiraz aksiyasından reportaj hazırlayarkən mülki geyimli şəxslər tərəfindən fiziki hücuma məruz qalması ilə bağlı  Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə şikayət edib. Lakin bölmədə onun şikayəti araşdırılmayıb. Təhqiqatçı Fazil Mahmudovun qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıb. Jurnalist həmin qərardan şikayət verib.

Previous Post

REDAKTOR BANKI MƏHKƏMƏYƏ VERİB

Next Post

EYNULLA FƏTULLAYEV AZAD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.