REDAKTOR BANKI MƏHKƏMƏYƏ VERİB

“Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev "Texnikabank"ASC -ni məhkəməyə verib. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Asəf Rzayev məlumat verib.

Baş redaktorun sözlərinə görə, bir müddət əvvəl AMAY və "Texnikabank" ASC arasında yaranan  problemlərlə əlaqədar olaraq, may ayının əvvəllərindən dövri mətbuatda kifayət qədər informasiyalar yayılmış, o cümlədən "Unikal" qəzetində də məqalələr  dərc olunmuşdu. Bundan sonra "Texnikabank" ASC-nin rəhbərliyi Mətbuat Şurasına məktub ünvanlayaraq "Unikal"a qarşı bir sıra iddialar qaldırıb:

“Mətbuat Şurasının müşayiət məktubu ilə "Unikal" qəzetinə göndərilən həmin iddialar redaksiyada araşdırılıb və məlum olub ki, bank rəhbərliyinin şikayət ərizəsində qəzetin baş redaktoruna və kollektivinə qarşı açıq təhqirlərə yol verilib. Məhz bundan sonra "Unikal" qəzeti "Texnikabank" ASC-ni məhkəməyə vermək qərarına gəlib və Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlib” deyə A. Rzayev bildirdi.

 

 

Previous Post

AVROPA BİRLİYİ QONŞULARINI DEMOKRATİKLƏŞMƏ ÜÇÜN DAHA CİDDİ ŞƏKİLDƏ

Next Post

“BİZİM YOL” QƏZETİ ƏMƏKDAŞININ POLİSƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.