QƏZETİN BANKA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (12 iyul) Nərimanov rayon məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayevin “Texnikabank”a qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib. 

 Məhkəmə prosesində iddiaçı, “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev, cavbdeh qismində isə “Texnikabank”ın baş hüquqşünası iştirak edib.

İlk olaraq çıxış edən cavabdeh tərəf “Unikal” qəzetinin “reket” nəşr olduğunu və banka qarşı qaldırılan iddianın əsassız olduğunu məhkəməyə bildirib.

İddiaçı Asəf Rzayev baş redaktoru olduğu qəzetin adının  MŞ –nın tərtib etdiyi “qara siyahı” da heç zaman olmadığını və cavabdeh tərəfdən bu iddialarının sübut olunmasını istədi.

Hakim S. Hacıyev növbəti məhkəmə prosesini 27 iyul saat 12:00-a təyin etdi.

Xatırladaq ki, bir müddət öncə A.M.A.Y. və "Texnikabank" ASC arasında problemlər yaranmışdı və bununla bağlı dövri mətbuatda, o cümlədən "Unikal" qəzetində də məqalə dərc olunmuşdu. Bundan sonra "Texnikabank" ASC-nin rəhbərliyi Mətbuat Şurasına məktub ünvanlayaraq "Unikal"a qarşı bir sıra iddialar qaldırıb.  Mətbuat Şurasının müşayiət məktubu ilə "Unikal" qəzetinə göndərilən həmin iddialar redaksiyada araşdırılıb və məlum olub ki, bank rəhbərliyinin şikayət ərizəsində qəzetin baş redaktoruna və kollektivinə qarşı açıq təhqirlərə yol verilib. Məhz bundan sonra "Unikal" qəzeti "Texnikabank" ASC-ni məhkəməyə vermək qərarına gələrək, iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edib. Təzminat olaraq qəzet rəhbərliyi “Texnikabank”dan 1 manat məbləğində pul və qəzetin kollektivindən üzr istənilməsini tələb edilir.

Previous Post

KÜR DAŞQINLARI İLƏ BAĞLI JURNALİST ARAŞDIRMASI APARILIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.