SƏRDAR ƏLİBƏYLİNİN TƏHSİL NAZİRLİYİNƏ QARŞI QALDIRDIĞI İDDİA ÜZRƏ MƏHKƏMƏ PROSESİ BAŞ TUTMADI

Bu gün (11 iyun) Nərimanov rayon Məhkəməsində hakim Ramil Kazımovun sədrliyi ilə “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəylinin Azərbaycan Respublikasının Təhsil Naziri (TN) Misir Mərdanova qarşı qaldırdığı informasiya sorğusunun cavablandırılmaması iddiası əsasında məhkəmə prosesi baş tutmayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Sərdar Əlibəylinin özü məlumat verib. Onun sözlərinə görə, qarşı tərəf prosesdə iştirak edə bilməyəcəyi barədə əvvəlcədən məhkəməyə müraciət etdiyindən, proses 16 iyun saat 17:00-a təyin olunub.
Xatırladaq ki, “Nota” qəzetinin Təhsil Nazirliyi (TN) haqqında dərc etdiyi yazı ilə bağlı nazirliyə informasiya sorğusu göndərilmiş, lakin sorğu TN tərəfindən cavablandırılmamışdır. Mətbuat Şurasına (MŞ) həmin yazı ilə bağlı edilmiş müraciətə əsasən isə “Nota” qəzeti “reket” qəzetlər siyahısına daxil edilmişdir.
Previous Post

ABŞ SƏFİRİNİN MƏTBUAT NÜMAYƏNDƏLƏRİ İLƏ VİDA GÖRÜŞÜ

Next Post

MAHAL İSMAYILOĞLUNUN MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.