Bu gün (7 iyul) Nəsimi rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə Türkiyə vətəndaşı, iş adamı Mustafa Tayatın “Polit-press” qəzetinin baş redaktoru Ədalət Nəbibəyliyə qarşı xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə prosesi keçirildi.
Hazırlıq iclasında iddiaçı tərəfin hüquqlarını müdafiə edən vəkil Vüsal Dadaşov və cavabdeh “Polit –press” qəzetinin baş redaktoru Ədalət Nəbibəyli və media nümayəndələri iştirak edirdilər.
Ə. Nəbibəyli vəkili Elçin Sadıqovun müdafiəyə hazırlaşmaq üçün vaxt, eləcə də şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə məhkəməyə ünvanladığı vəsatəti hakim E. Hümbətova təqdim etdi. Hakim bu vəsatəti qismən təmin etdiyini deyərək, prosesi 8 iyul saat 16:00-a təyin etdi.
Xatırladaq ki, Türkiyə vətəndaşı iş adamı Mustafa Tayat “Polit –press” qəzetinin № 23 (23) 18-23 iyun 2011-ci il tarixli sayının 1-ci və 3-cü səhifəsində gedən “Mustafa Tayatı Bakıda hansı nazir himayə edir?” başlıqlı məqalədə şərəf və ləyaqətinin təhqir edildiyini, işgüzar nüfuzuna xələl gətirən ifadələrin olmasını əsas gətirərək, “Polit –press” qəzetinin baş redaktoru Ə. Nəbibəylinin CM-nin 147.1 ( Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) və 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (Təhqir) ilə təqsirli bilinərək, məsuliyyətə cəlb edilməsini tələb edir.