GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ YANVARIN 22-DƏ DAVAM EDƏCƏK

Bu gün (08 yanvar) Bakı Apellyasiya məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə gənc bloqçular  – Emin Milli ( Abdullayev)  və Adnan Hacızadənin vəkilləri İsaxan Aşurov və Elton Quliyevin Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə  zərərçəkən şəxslər kimi tanınan Babək Hüseynov Vüsal Məmmədov məhkəmə prosesində iştirak etmirdilər. Hakim məlumat verdi ki, hər iki şəxsə məhkəmədə iştirak üçün bildiriş göndərilsə də, alınan cavablarda ünvanın doğru göstərilmədiyi bildirilib. Gənc bloqçular Adnan Hacızadə və Emin Milli ( Abdullayev) isə Vüsal Məmmədov və Babək Hüseynova yenidən bildiriş göndərilməsi və onların iştirak edib-etməyəcəkləri barədə dəqiq cavabının öyrənilməsi barədə vəsatət qaldırdılar. Hakim vəsatəti təmin edərək növbəti prosesi 22 yanvar saat 11-00-a  təyin etdi.

Qeyd edək ki, dünən Amnesty İnternatioal təşkilatı Vicdan Məhbusu hesab etdiyi gənc bloqçular Adnan Hacızadə və Emin Millinin məhkəməsinə ədalətli yanaşılması tələbi ilə Azərbaycan hökumətinə müraciət ünvanlayıb.
 
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Adnan Hacızadənin 2 il 6 ay, Emin Millinin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmışdı.

Previous Post

FƏRƏMƏZ NOVRUZOĞLU AZADLIĞA ÇIXDI

Next Post

JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ İMKAN VERİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.