“ZERKALO” QƏZETİNİN MƏHKƏMƏSİ QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Bu gün (07 oktyabr) Yasamal rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiası ilə  "Zerkalo" qəzeti və qəzetin əməkdaşı Alyona Myasnikovaya qarşı  növbəti məhkəmə prosesi keçirilməli idi.

Prosesdə nə iddiaçı, nə də cavabdeh tərəf iştirak etməyib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Xatırladaq ki, "Zerkalo" qəzetində "Ölüm cəzası", "Açıq vərəm zonası", "Qobustan qəbiristanlığı" adlı məqalələr dərc olunub. Buna görə, Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkəməyə müraciət edərək məqalə müəllifi Myasnikovanın 50 min  AZN həcmində cərimələnməsi, "Zerkalo" qəzetinin isə təkzib verməsini tələb edib.

Previous Post

MEDİA MONİTORİNQİ İLƏ BAĞLI NÖVBƏTİ HESABAT AÇIQLANIB

Next Post

MÜŞFİQ HÜSEYNOVUN AİLƏSI “QIRMIZI XAÇLA” GÖRÜŞDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.