MÜŞFİQ HÜSEYNOVUN AİLƏSI “QIRMIZI XAÇLA” GÖRÜŞDÜ

Dünən (7 oktyabr) 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən jurnalist, “Bizim Yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun həyat yoldaşı Arzu Hüseynova “Qırmızı Xaç” humanitar təşkilatının ofisində olub.

Bu barədə məlumatı RATİ-yə A.Hüseynova özü verib:” Biz Müşfiqin şikayətlərini təşkilatın nümayəndələrinə çatdırdıq. Müşfiq vərəm xəstəliyindən əziyyət çəkir. Bununla əlaqədar müalicə müəssisəsinə köçürülsə də, orada ona heç bir tibbi yardım göstərilməyib.  Müşfiq buna görə “Qırmızı Xaç”-a və İşgəncələr üzrə Azərbaycan Komitəsinin sədri Elçin Behbudova şikayət məktubu da yollamışdı. Lakin məktubların ünvanlarına çatmamasından çox narahat olub. Təşkilatın rəhbərliyi ilə görüşdə bəlli oldu ki, məktublar hələ də onlara çatmayıb”.
A.Hüseynova müalicə müəssisəsində hökm sürən acınacaqlı vəziyyət barədə təşkilat nümayəndələrinə məlumat verib. Ailəsi jurnalistin müalicə alması üçün 2 saylı cəzaçəkmə müəssisəsindən 3 saylı müalicə müəssisinə köçürülmək istəyini də təşkliat nümayəndələrinin nəzərinə çatdırıb. Onu da qeyd edək ki, jurnalistin iki azyaşlı övladı var. Müşfiq Hüseynov məsələ ilə bağlı yerli və beynəlxalq təşkilatlardan ona kömək etmələrini xahiş edir.

Previous Post

“ZERKALO” QƏZETİNİN MƏHKƏMƏSİ QEYRİ-MÜƏYYƏN VAXTA TƏXİRƏ SALINDI

Next Post

RADİO TEZLİYİ ÜZRƏ ELAN OLUNMUŞ MÜSABİQƏYƏ DÖRD QURUM İDDİA EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.