“ZERKALO” QƏZETİNİN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (19 sentyabr) Yasamal rayon Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiası ilə  "Zerkalo" qəzeti və qəzetin əməkdaşı Alyona Myasnikovaya qarşı  növbəti məhkəmə prosesi keçirilməli idi.

İddiaçı tərəf olan Ədliyyə Nazirliyi Pentenisiar Xidmətinin nümayəndəsi  prosesdə iştirak etmirdi. Hakim Qurbanov iddiaçı tərəfin prosesdə iştirak etmədiyinə görə məhkəmə iclasını sentyabrın 24 saat 09:30-a qədər təxirə saldı.
 
 Xatırladaq ki, "Zerkalo" qəzetində "Ölüm cəzası", "Açıq vərəm zonası", "Qobustan qəbirstanlığı" adlı məqalələr dərc olunub. Buna görə, Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkəməyə müracət edərək məqalə müəllifi Myasnikovanın 50 min  AZN həcmində cərimələnməsi, "Zerkalo" qəzetinin isə təkzib verməsini tələb edib.  

Previous Post

RATİ-NİN HAZIRLADIĞI JURNALİST GÖDƏKCƏLƏRİNİN TƏQDİMATI KEÇİRİLİB

Next Post

DAHA BİR MEDİA MONİTORİNQİN NƏTİCƏLƏRİ AÇIQLANDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.