Bu gün RATİ-nin mətbuat mərkəzində bu qurumun Beynəlxalq Söz Azadlığı Assosasiyasının (IFEX) maliyyə dəstəyi ilə jurnalistlər üçün hazırladığı xüsusi fərqləndirici gödəkcələrin təqdimat mərasimi keçirilib.
Hüseynov gödəkçələrin sayı barədə məsələyə toxunaraq – əvvəlcə 170, sonradan 120 ədəd hazırlanmasının planlaşdırıldığını, lakin qiymət artımı ilə əlaqədar yekunda 105 gödəkcənin hazırlandığını dedi. O beş gödəkcənin RATİ-nin öz əməkdaşları, 10-a qədərinin isə xarici ölkələrdən gələn jurnalistlər üçün nəzərdə tutulduğunu, qalan gödəkçələrin isə müraciət edən redaksiyalara payalanacağını bildirdi.
Bundan sonra gödəkçələr təqdim edildi. Gödəkcənin üz tərəfinin sol tərəfində görünən materialdan cib tikilib ki, bu da jurnalist vəsiqələrinin saxlanılması və həmin vəsiqənin aydın şəkildə görünməsi üçün nəzərdə tutulub. Bundan əlavə gödəkcənin üz və arxa hissəsində yazılan PRESS sözü isə xüsusi işıldayan materialdan hazırlanıb ki, bunun nəticəsində həmin söz qaranlıqda da seçilir.
Hüseynov gödəkçələrin əldə edilməsi üçün artıq 10-a qədər redaksiyadan RATİ-yə müraciətin daxil olduğunu qeyd etdi. Onun sözlərinə görə, gödəkcələr KİV-lərə yazılı müraciət əsasında təqdim ediləcək. Onun sözlərinə görə, gödəkcələr 48, 50, 52, 54 və 56 ölçülərində hazırlanıb və müraciət edənlər həm say, həm də gödəkcənin ölçüsünü göstərməlidilər.
Sonda Hüseynov gələcəkdə bu gödəkcələri geyəcək jurnalistlərə müraciət də etdi: ”Bütün insanlar kimi jurnalistlərin də sərbəst toplaşmaq azadlığı, hər hansı siyasi partiyanın üzvü olmaq hüququ var. Lakin mən jurnalistlərə müraciət edirəm ki, onlar kütləvi aksiyalara jurnalist kimi qatılıblarsa və gödəkcələrdən istifadə edirlərsə, ancaq hadisəni işıqlandırsınlar. Hətta gözünün qabağında kiməsə zor tətbiq edilirsə də jurnalist aksiya iştirakçısına çevrilməməli, öz peşə borcunu icra etməklə məşğul olmalıdir”.
Tədbirdə “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Jurnalist Araşdırmaları Mərkəzi”nin həmsədri Seymur Verdizadə, “Turan” İnformasiya Agentliyinin, BBC radiosunun, “anspress.com” saytının, “Üç nöqtə”, “Ayna”, “Gündəlik Bakı”, “Bizim yol”, “Ölkə” qəzetlərinin müxbirləri, ATƏT-in Bakı ofisinin nümayəndəsi iştiark edirdilər.