HERKEL NAMİZƏDLƏRİN TELEKANALLARDA TƏBLİĞATI İLƏ BAĞLI TƏKLİFİ ZİDDİYYƏTLİ TƏKLİF ADLANDIRIB

Dünən AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova tərəfindən keçirilən mətbuat konfransı zamanı prezidentliyə namizədlərin telekanallarda təbliğatı və bununla bağlı Seçki Məcəlləsinə təklif edilən dəyişiklik məsələsinə toxunulub. 

Herkel namizədlərin təbliğatının yalnız İctimai Televiziyada aparılması təklifini ziddiyyətli təklif sayır: “Təklif olunur ki, seçki təbliğatı, seçki kampaniyası yalnız İctimai Televiziyada keçirilsin. Dövlət televiziyası isə bu seçki təbliğatından kənar olsun. Beləliklə dövlət televiziyasında prezident namizədlərinə yer ayrılmayacaq, yalnız rəsmi xəbərlər veriləcək. Bu isə o deməkdir, indiki prezidentin namizədliyi irəli sürülsə deməli o gündəlik olaraq dövlət televiziyasında olacaq, ancaq digər namizədlərin dövlət televiziyasına çıxmaq imkanı olmayacaq. Bu dəyişikliyi biz belə başa düşürük”.
Previous Post

CAVABDEHİN XAHİŞİ İLƏ MƏHKƏMƏ TƏXİRƏ SALINIB

Next Post

SERGEY STREKALİNİN İBTİDAİ İSTİNTAQI BAŞA ÇATIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.